İdman
UEFA Çempionlar Liqası "Qarabağ"la bağlı paylaşım etdi
UEFA Çempionlar Liqası turnirinin "X" sosial şəbəkə hesabında "Qarabağ" klubu ilə bağlı paylaşım edilib. Oxu.Az xəbər verir ki, paylaşım UEFA ÇL-in 7-ci turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Ayntraxt" matçına həsr olunub. Paylaşımda matçın ən yaxşı oyunçusu seçilmiş Kamilo Duranın fotosu yer alıb və "Qarabağ" 94-cü dəqiqədə qələbə qolunu vurdu!" sözlərinə yer verilib. Xatırladaq ki, Ağdam təmsilçisi "Ayntraxt" üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb.
Mənbə
oxu.az