Cəmiyyət

Deputat: "Dində "yenilik" etmək istəyənlərin sayında ciddi artım var"

21 Jan 2026, 16:56 2 baxış
Deputat: "Dində "yenilik" etmək istəyənlərin sayında ciddi artım var"
"Dini dəyərləri gözdən salmağa çalışanların, dində "yenilik" etmək istəyənlərin sayında ciddi artım var". Oxu.Az xəbər verir ki, bu fikirləri parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov sözügedən qurumun bugünkü iclasında deyib. O bildirib ki, bunu edən şəxslər əməllərini guya mövhumat və xurafatla mübarizə kimi qiymətləndirir: "Ənənəvi dini dəyərlərə edilən hücumlar gələcəkdə bizim üçün problemlər yaradacaq. Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərə sadiq olub. Bu ənənələri qorumaq lazımdır. Həqiqətən də söhbət mövhumatdan gedirsə, mən razıyam. Amma bu gün kimsə "İslam dinində o yoxdur, bu yoxdur" kimi fikirlər səsləndirirsə, bu, düz deyil. Ciddi çaşqınlıqlar yaranır. Onda sual yaranır: İslamda nə var? Biz gələcəkdə "Dini etiqad azadlığı haqqında" Qanunda da bununla bağlı məsələləri nəzərdən keçirə bilərik. Belə yanaşmalar cəmiyyəti çaşqın vəziyyətə salır. Bunun qarşısı alınmasa, cəmiyyətdə bölünmə və qarşıdurma baş verə bilər ki, bu da dövlətçilik məsələləri baxımından zərərlidir". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər