Cəmiyyət

Yardımlının bəzi kəndlərində İŞIQ PROBLEMİ: Güclü qar xətlərdə qırılmalara səbəb olub

21 Jan 2026, 13:20 2 baxış
Yardımlının bəzi kəndlərində İŞIQ PROBLEMİ: Güclü qar xətlərdə qırılmalara səbəb olub
Yardımlı rayonunun bir neçə kəndində elektrik enerjisinin verilməsində fasilə müşahidə olunur. Oxu.Az-a daxil olan məlumatda bildirilib ki, güclü qar yağması səbəbindən bəzi elektrik xətlərində qırılmalar baş verib. Müraciətdə qeyd olunub ki, yolların bağlı olması işləri bir az da çətinləşdirir. "Qar bütün kənd yollarını tutub. Yolları gəlib açan yoxdur ki, ərazidəki işıq idarəsi işini görə bilsin", - deyə müraciətdə bildirilib. "Azərişıq"ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qurumun qəza xidməti əməkdaşları ərazidə iş başındadırlar.
"Güclü qar səbəbindən müəyyən dağ kəndlərində elektrik xətlərində qırılmalar baş verib. Ötən gün Lerik və Cəlilabad rayonları ərazisində baş verən mövcud elektrik problemi həll olunub. Gecə saatlarına kimi əməkdaşlarımız tərəfindən müvafiq işlər görülüb və əsas xətlərimizdə baş verən qəzalar tam olaraq aradan qaldırılıb. Bu istiqamətlərdə elektrik verilişi ilə bağlı heç bir problem yoxdur. Hazırda Yardımlı rayonun Zevin kəndi istiqamətində 10 min kVt-luq xəttimizdə qəza var. Bu səbəbdən Zevin kəndi istiqamətində olan üç kiçik dağ kəndində işıq yoxdur. Xəttin bərpa olunması üçün yolun açılması işləri görülməlidir. Qəza xidmətlərimizin əməkdaşları iş başındadırlar və maksimum dərəcədə tez bir zamanda yolu açıb yaranmış problemi həll edəcəyik. Yol açılan kimi dərhal həmin qəza da aradan qaldırılacaq, gün ərzində elektrik enerjisinin verilişi təmin olunacaq", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər