Cəmiyyət

Sumqayıt qatarları Bakıxanov və Sabunçuda da dayanacaq

21 Jan 2026, 13:20 6 baxış
Sumqayıt qatarları Bakıxanov və Sabunçuda da dayanacaq

Bu gündən Sumqayıt-Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.


Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.


Bildirilib ki, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.


Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər