Cəmiyyət

Bu universitetlər THE-nin 2026 fənn reytinqlərində yer aldı

21 Jan 2026, 11:36 2 baxış
Bu universitetlər THE-nin 2026 fənn reytinqlərində yer aldı

Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Tayms Higer Edyukeişn” (THE) tərəfindən 2026-cı il üçün sahələr üzrə fənn reytinqləri dərc olunub.


Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Bildirilib ki, 11 fənn sahəsi üzrə dərc olunan reytinqə Azərbaycandan daxil olan universitetlərin sayı ilk dəfə 4-ə yüksəlib. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti müvafiq sahələr üzrə reytinqdə yer alıblar.


Qeyd edək ki, 2 universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti) müvafiq fənn reytinqlərinə ilk dəfə bu il daxil olublar.


Əlavə olaraq, Azərbaycan universitetlərinin təmsil olunduğu fənn sahələrinin sayı da ilk dəfə 4-ə yüksəlib. Belə ki, “Mühəndislik” və “Fizika elmləri” sahələri ilə yanaşı, bu ildən Azərbaycan “Biznes və iqtisadiyyat” və “Sosial elmlər” sahələri üzrə də aşağıdakı kimi təmsil olunur:


Mühəndislik – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti;


Fizika elmləri – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti;


Biznes və iqtisadiyyat – Azərbaycan Dövlət İqtisad Universiteti;


Sosial elmlər – Azərbaycan Dövlət İqtisad Universiteti.


Qeyd edək ki, THE-nin fənn reytinqlərinin qiymətləndirmə metodologiyasında 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır.

Mənbə axar.az

Oxşar Xəbərlər