Digər
Boran Əziz: "Qorxunun bir hissəsi sovet qoşunları meydanda etirazçıları mühasirəyə alanda aradan qalxmışdı"
1990-cı ilin 20 yanvarında sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamın şahidlərindən biri də tarixçi alim Boran Əzizdir. O, Oxu.Az-a müsahibəsində mülki əhaliyə qarşı törədilən qırğının səbəbləri, bu hadisəyə formalaşdırılan zəmin və SSRİ-nin dağılma prosesində, Azərbaycanın müstəqillik yolunda hansı rola malik olmasından danışıb. - Boran müəllim, 20 yanvar günü mülki əhaliyə qarşı törədilən qırğın necə başladı və nə baş verdiyini necə öyrəndiniz? - 20 Yanvar hadisələri birdən-birə, təsadüfi olmadı. Həmin prosesin sadəcə olaraq günü məlum deyildi. 1989-cu ilin yanvarında Moskva Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ərazisində xüsusi idarəetmə komitəsi yaratdı və bu komitəyə Moskvanın nümayəndəsi Arkadi Volski rəhbər təyin edildi. Əvvəla, xüsusi idarəetmə haqqında qanuna görə, bir respublika rəhbərliyinin xəbəri və icazəsi olmadan, onun ərazisində belə bir orqanın yaradılması həm SSRİ, həm də Azərbaycan SSR Konstitusiyasında nəzərdə tutulmamışdı. Həmin dövrdə ermənilərin həm də Azərbaycana qarşı separatçı hərəkətləri güclənirdi. Həm Ermənistanla sərhəddə, həm də keçmiş DQMV ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilir, insanlar öz ata-baba yurdlarından qovulurdu. Həmvətənlərimizin Moskvaya etdiyi şikayətlər isə heç bir nəticə vermirdi. Halbuki SSRİ yaranarkən üzərinə götürdüyü öhdəliklə, Azərbaycanın həm ərazi bütövlüyünün qorunmasına, həm də burada yaşayan əhalinin təhlükəsizliyini təmin edəcəyinə zəmanət vermişdi. İndi isə Moskva bu vədlərin heç birini yerinə yetirmirdi. Şikayətlərin də nəticəsi olmurdu. Bu səbəbdən əhali yalnız özünə güvənməyin yeganə çıxış yolu olduğu qənaətinə gəldi və xüsusi ilə ermənilərin Şuşada, Topxana meşəsində (1988-ci il) həyata keçirdiyi hərəkətlər nəticəsində sovet rejiminə olan nifrət daha da gücləndi. Belə bir dalğada 1989-cu ilin yayında artıq Azərbaycanın qorxaq, hadisələrin önündə getməyi bacarmayan rəhbərliyindən də narazılıq son həddə çatdı. Ovaxtkı rəhbərlik ehtiyat edirdi ki, qəfildən onları Moskvaya çağırıb Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə bağlı qərara imza atdıra bilərlər. Bu səbəbdən də xalq hərəkatının gücləndiyi bir şəraitdə onlar tələb edirdilər ki, Azərbaycan SSR Ali Soveti növbədənkənar sessiya çağırsın və Azərbaycanın müstəqilliyi haqqında qərar qəbul etsin. Belə bir vəziyyətdə, 1989-cu ilin sentyabr ayında Azərbaycan SSR Ali Soveti növbədənkənar sessiya çağıraraq Azərbaycan SSR-nin suverenliyi haqqında bəyannamə qəbul etdi. Orada ikinci çox mühüm qərar isə Azərbaycan SSR qanununun ittifaq qanunlarından üstünlüyü haqqındakı idi. Həm də o dövrdə SSRİ-yə daxil olan 15 respublikanın heç birində belə bir qərar yox idi və tamamilə yeni bir hadisə idi. Moskvaya da aydın oldu ki, artıq Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasına bir addım qalıb. Bunun qarşısını almaq üçün Moskva müxtəlif addımlar atdı. Belə bir dövrdə erməni hücumları güclənir, Azərbaycanın Ermənistanla sərhəddəki şəhər və kəndlərinə hücum edilir, insanları öldürür, torpaqlarından qovur, yaşayış evlərini yandırırdılar. Artıq SSRİ-dən heç bir yardımın gəlməyəcəyinə əmin olan insanlar çarəni öz türk-müsəlman qardaşlarında görməyə başladılar.
Bu, nəhayət sərhəd pozulması və sonradan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi mühüm bir tarixi hadisənin ortaya çıxmasına gətirib çıxardı. Lakin məsələ burasındadır ki, SSRİ həmin dövrdə bütün dünyada təbliğat aparmağa başlamışdı. Guya sərhəd məftillərini qıranlar narkotik və içkinin təsiri altında olan insanlardır. Bu baxımdan da gələcəkdə burada yaşayan əhaliyə divan tutmaq üçün zəmin hazırlanmağa başlandı. Belə bir vaxtda ermənilərin Azərbaycana hücumları güclənmişdi. Hamı Moskvadan tələb edirdi ki, Ermənistanla sərhəddə fövqəladə vəziyyət elan edilsin. Ancaq Moskva bunun əvəzinə hərbi əməliyyat hazırladı. Onda SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) sədri Vladimir Aleksandroviç Kryuçkov və digər qoşun növlərinin rəhbərləri hamısı Bakıya toplaşmışdılar. Sanki bunlar təpədən-dırnağa qədər silahlanmış xarici ölkə qoşunlarına qarşı döyüşə hazırlaşırdılar. Halbuki tamamilə silahsız Azərbaycan xalqına qarşı dəhşətli qırğın əməliyyatına hazırlıq gedirdi. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə əhaliyə heç bir xəbər verilmədən Bakı şəhərində fövqəladə vəziyyət elan edildi. Amma bu zaman həm SSRİ, həm də Azərbaycan SSR Konstitusiyası kobud şəkildə pozulmuşdu. Çünki bu sənədlərə əsasən, fövqəladə vəziyyətin elan edilməsi haqqında xəbər əhaliyə ən geci onun başlanmasından 24 saat əvvəl elan olunmalı idi. Halbuki Azərbaycan əhalisinə bu barədə vəziyyətin elan edilməsi ilə bağlı heç bir xəbər verilməmişdi. Bu xəbərin yanvarın 19-u saat 20:00-da Azərbaycan Televiziyasının xəbərlərində veriləcəyi ilə bağlı ehtimal var idi, amma 19:27-də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin "Alfa" qrupu, o cümlədən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin müvafiq şöbəsinin əməkdaşı televiziyanın enerji blokunu partlatdı və beləliklə Azərbaycan xalqı tamamilə blokadaya alınmış oldu. Belə bir vaxtda Bakı şəhərinə müxtəlif ərazilərdən sovet qoşunları girməyə başladı. Əhali Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyinin bivecliyi, lazımi qətiyyətli addımlar atmaması, onların təhlükəsizliyini qoruya bilməməsindən ciddi narazı idi və bununla bağlı tələblər irəli sürürdü. Belə bir vəziyyətdə sovet qoşunları dinc Azərbaycan əhalisinə qarşı qətliam törətdilər. Mən də həmin axşam hava limanından şəhərə gedən yolda idim və Qala kəndindən şəhərə tərəf gələn sovet qoşunlarının əhaliyə qarşı necə amansız davrandığının şahidi oldum. O dövrdə çox azsaylı dostlarımızın maşını var idi. Yalnız onlar yaralılardan bəzilərini götürərək xəstəxanalara çatdırmağa nail oldular. Təcili yardım maşınları gəlməyə çətinlik çəkirdi. Çünki o qədər adam yaralanmışdı ki, maşınların gəlib çatması çətin idi. Beləliklə, biz gecəni orada keçirdik və fövqəladə vəziyyət idi deyə, səhər çox çətinliklə çalışdığım Bakı Dövlət Universitetinə gəldim. Hətta universitetin qarşısında da bir neçə dəfə atəşə tutulduq. Xoşbəxtlikdən, o güllələr camaata dəymədi, amma hamı gizlənməyə məcbur oldu. Günortadan sonra çox çətinliklə oradan çıxa bildik. - O gecə sizi ən çox sarsıdan və bu günə qədər yaddaşınızdan silinməyən məqam nə olub? - Belə məqamlar çoxdur. Tankı maşınla gələn adamların üstünə sürüb əzmələri, günahsız və hətta meydanda olmayan adamları xəstəxanaya çatdırmaq istəyən təcili yardım maşınının gülləbaran edilməsi, rus ordusu ilə yanaşı, Krasnodar və digər ərazilərdən gətirilən ermənilərin içkili vəziyyətdə azərbaycanlıların evlərinə girərək törətdikləri vəhşilik və s. O qədər belə faciələr var ki, adam sadalamaqda çətinlik çəkir. Bütün proseslərdən də məlum olurdu ki, bu qırğına əvvəlcədən hazırlıq görülmüşdü. Çünki hələ bir müddət əvvəl xəstəxanaların boşaldılması ilə bağlı xəbərlər yayılmışdı və bütün bunlar hər hansı bir prosesə hazırlıq getdiyini sübut edən amillərdən biri idi.
- Hadisə zamanı insanların psixoloji durumu necə idi? Qorxu, qəzəb, yoxsa müqavimət hissi özünü daha çox göstərirdi? - Əhalinin bir qismi sovet qoşunlarının bu dərəcədə onlara qarşı qəddar davranacağına inanmırdı. Çünki uzun illərdən bəri aparılan təbliğata görə, adamlar sovet ordusunu onların təhlükəsizliyini qoruyan, sülhü təmin edən ordu kimi yaddaşlarında saxlamışdılar. Amma məsələ burasındadır ki, 1989-cu ilin aprelində bu qoşun Tbilisidə, 1990-cı ilin yanvarında Baltikyanı ölkələrində (Litva, Latviya, Estoniya) Sovet İttifaqı tərəfindən genişmiqyaslı hərbi əməliyyatlar aparıldı. Ona görə bizə qarşı da belə hərəkətlərin ediləcəyi insanların bir qismində şübhə doğurmurdu. Amma bununla yanaşı, əksəriyyətdə bu rejimin siyasətinə o qədər nifrət var idi ki, ona görə də qorxu hissi qalmamışdı. Bu qorxunun bir hissəsi də 1989-cu ildə meydan hərəkatında sovet qoşunları etirazçıları mühasirəyə alanda aradan qalxmışdı. Buna baxmayaraq, yanvar qırğını nəticəsində rus-sovet qoşunlarının törətdiyi əməllər insanları bir müddət şoka saldı.
- Səhəri gün Bakı necə görünürdü? - Təsəvvür edin ki, fövqəladə vəziyyət rejimi olmasına baxmayaraq, yanvarın 22-də xalq öz qəhrəman şəhidləri ilə vidalaşmaq üçün Azadlıq meydanına axışmışdı. Bu, qeyri-adi bir nümayiş idi - milyonlarla insan bir araya gəlmişdi. Dostumla metronun "Xalqlar dostluğu" stansiyasının yanından Azadlıq meydanına qədər addım-addım gəldik. Çünki insan axınından küçələrdə yerimək mümkün deyildi. Şəhidlər xiyabanına çatanda artıq dəfn qurtarmışdı və izdiham dağılırdı. Biz ondan sonra gedib ora çatmışdıq. Mən o qədər insanın etiraza qalxdığını heç yerdə görməmişəm. - 20 Yanvar hadisələri SSRİ-nin dağılma prosesində və Azərbaycanın müstəqillik yolunda necə bir rol oynadı? Ümumiyyətlə, bu hadisə Azərbaycan xalqının milli şüurunda hansı dönüş nöqtəsini yaratdı? - Əgər 20 Yanvara qədər sosializmin humanistləşdirilməsinə, sovet dövrünün demokratikləşdirilə biləcəyinə inam var idisə, yanvarın 20-dən sonra aydın oldu ki, bunlar boş xülyadır. Məlum oldu ki, bu torpaqlarda fiziki cəhətdən salamat qalmağın yeganə yolu öz müstəqil dövlətini qurmaqdan ibarətdir. İnsanların Moskvaya olan ümidi, ərazi bütövlüyü və təhlükəsizliklərinin qorunacağı ilə bağlı inamları itmişdi. Hamı düşürdü ki, bunu yalnız müstəqil dövlət edə bilər. Bu baxımdan da 20 Yanvar hadisəsi sonun başlanğıcı oldu. Biz bunu həm də onda gördük ki, yanvarın 21-də Kommunist Partiyasının üzvü olan insanlar biletləri cırıb-atır və bu, sovet dövlətinə olan etirazın bir formasına çevrilmişdi. 1991-ci ilin martında faktiki olaraq SSRİ-nin saxlanıb-saxlanılmaması barədə taleyüklü referendum keçirilərkən Ali Sovetin 43 deputatı SSRİ-nin saxlanılmasının əleyhinə səs verdi. Bu ittifaq dövründə görünməmiş bir hadisə idi və Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm yer tutdu. Bütün bunlar 1990-cı ilin 20 yanvarında baş verən qırğının nəticəsi idi.
- 20 Yanvar yalnız matəm günü, yoxsa həm də qəhrəmanlıq dastanıdır? - Bu gün bizim tarixşünaslığımızda birmənalı olaraq 20 Yanvar hadisəsi Azərbaycanın qanla yazılmış qəhrəmanlıq tarixi kimi qeyd olunur. Öz azadlığı və qüruru uğrunda hər xalq belə mübarizə aparmayıb. Bu mübarizədən çəkindirmək üçün onun başına gətirilən oyunlardan qorxub geri çəkilməyib. Bu gün dünyada 4500-5000 xalq var ki, onlardan cəmi 200-ə yaxının dövləti var. Yəni, dövlət qurmaq asan bir məsələ deyil. Bunun üçün millətin intellektual potensialı, dövlətçilik təcrübəsi, bu dövləti qurarkən başına gətirilən faciələrdən, soyqırımı və qırğınlardan qorxub geriyə çəkilməməsi, öz qüruru, mənliyi uğrunda sona qədər mübarizə aparması lazımdır. Bu cəhətdən, məhz belə qəhrəmanlıq tarixi əsaslarında da biz dünya xalqları içində də sübut edirik ki, Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb, bu qələbəni təsadüfən qazanmayıb. Məhz belə qanla yazılan qəhrəmanlıq tarixi nəticəsində sübut edirik ki, Azərbaycan xalqı bu dövləti hansı qurbanlar hesabına və çətinliklər bahasına yaradıb. Bunun həm də olduqca tərbiyəvi, maarifləndirici tərəfi var ki, gələcək nəsillər bununla fəxr etsinlər. Dövlətin gücü silah-sursat və əsgərlə bərabər, heç şübhəsiz ki, vətəndaşların şüurluluq səviyyəsinin yüksək olmasındadır. Çünki dövlət mücərrəd məfhum deyil, ayrı-ayrı ailələrin toplumudur. Əgər, ailələr öz qəhrəmanlıq taleyinə laqeyddirlərsə, unudurlarsa, bu, artıq faciədir. Amma bunu daimi olaraq yaddaşda saxlayıb və heç bir zaman unutmamaq dövlətin gücünü artırır.
20 Yanvar hadisələrinə qiymət verən Heydər Əliyev çox doğru qeyd edirdi ki, bu, Azərbaycanın qəhrəmanlıq tarixidir və Azərbaycanın müstəqilliyi yolunda çox əhəmiyyətli bir yer tutur. Əgər bu qəhrəmanlıq tarixi olmasaydı, Azərbaycan indiki ərazisinə sahib olmazdı. Yəni, xalqın bu qəhrəmanlıq tarixi həm də Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyinin bərpası uğrunda aparılan mübarizədir və bu baxımdan, şəhidlərimizi rəhmətlə yad edir, minnətdarlıqla xatırlayırıq. Onların bu mübarizəsini yeni nəsillərə çatdırmaq da bizim borcumuzdur. - Müsahibə üçün təşəkkür edirik. - Mən təşəkkür edirəm. Mərahim Nəsib

Mənbə
oxu.az