Digər

Qrenlandiya ilə bağlı hamı razıdır: Davosa gəlirəm

20 Jan 2026, 14:10 2 baxış
Qrenlandiya ilə bağlı hamı razıdır: Davosa gəlirəm

NATO-nun Baş katibi Mark Rutte ilə Qrenlandiya ilə bağlı çox yaxşı telefon danışığım oldu.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.


“Davosdakı görüşlərə razılıq verdim. Hər kəsə çox aydın şəkildə bildirdiyim kimi, Qrenlandiya milli və qlobal təhlükəsizlik üçün çox vacibdir. Geri dönüş yoxdur - hamı bununla razıdır! Amerika Birləşmiş Ştatları, şübhəsiz ki, planetin ən güclü ölkəsidir. Bu, əsasən, mənim birinci müddətimdə ordumuzun yenidən qurulması ilə bağlıdır. Biz dünyada SÜLHÜ təmin edə biləcək yeganə GÜCük - və biz bunu çox sadə şəkildə, GÜC vasitəsilə edirik!" - deyə Tramp qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər