Digər

Rusiyanın Kiyevə hücumu: minlərlə evin istiliyi kəsildi

20 Jan 2026, 12:13 2 baxış
Rusiyanın Kiyevə hücumu: minlərlə evin istiliyi kəsildi

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə hücumu nəticəsində təxminən 6 min çoxmərtəbəli binanın istilik təchizatı kəsilib.


Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.


"Paytaxta qarşı bu hücumdan sonra 5 635 çoxmərtəbəli binanın istilik təchizatı dayanıb. Onların təxminən 80%-i 9 yanvar hücumundan sonra istilik təchizatı bərpa olunan evlərdir", - V.Kliçko qeyd edib.


Eyni zamanda o, qərb sahilinin su təchizatının da kəsildiyini vurğulayıb.


V.Kliçko deyib ki, hücumlar nəticəsində bir nəfər xəsarət alıb, həmçinin bir neçə yaşayış evi və məktəb binası zərər görüb.

Mənbə axar.az

Oxşar Xəbərlər