Digər
Operator Nizami Abbas: "20 Yanvar hadisələrinin kadrlarına baxanlar 44 günlük müharibədə zəfər qazandılar"
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq iradəsini bütün dünyaya göstərən qanlı, eyni zamanda şərəfli tarixdir. Həmin gecə tökülən qan xalqın müstəqillik yolundan geri dönməyəcəyini sübut etdi. Bu faciə cəmiyyətdə milli birlik və həmrəyliyi daha da gücləndirdi. 20 Yanvar şəhidləri Azərbaycan xalqının yaddaşında əbədi qəhrəmanlıq rəmzinə çevrildi. Həmin hadisə xalqın azadlıq ruhunu diri saxlayan müqəddəs bir xatirə kimi yaşayır. Oxu.Az-ın müsahibi operator, Əməkdar incəsənət xadimi, 20 Yanvar hadisələrinin nəticələrini lentə alan Nizami Abbasdır.
- Şübhəsiz ki, sovet rəhbərliyi 20 Yanvar hadisələrini üçün bəhanələri bir neçə il əvvəldən formalaşdırmağa başlamışdı. İstərdim elə həmin dövrdən danışaq. SSRİ-ni qorxudan amillər nə idi? - Həmin dövrdə ermənilər Qarabağa dair iddialar səsləndirməyə başlamışdılar. 1988-ci ildə Şuşa ətrafında - Topxana meşəsinin qırılmasına etirazlar başlandı. Bu aksiyalar Azadlıq meydanına daşındı. Biz 18 gün, 18 gecə 5 çəkiliş kamerası ilə hadisələri lentə aldıq. Zaur Məhərrəmov, Köçəri Məmmədov, Bağır Rəfiyev, Rafael Salamzadə və mən meydanlarda gecələyirdik və bütün hadisələri çəkirdik. Nəticədə "Meydan" filmi ərsəyə gəldi. Həmin aksiyaların vəhşiliklə dağıdılacağını düşünməzdik. Ancaq biz bir müddət sonra daha qanlı hadisələrin baş verəcəyindən xəbərsiz idik. Yanvarın 15-də "Azərbaycanfilm" Kinostudiyasında iki qərargah yaradılmışdı. Biri "Salnamə" sənədli film studiyasında, digəri isə kinostudiyanın rəhbəri Ramiz Fətəliyevin otağında. Bütün məlumatları orada toplayırdıq. Həmin vaxt biz ciddi hadisələrin baş verəcəyini gözləyirdik. Məhz buna görə də sərhəd bölgələrinə ezam olunub orada çəkilişlər aparırdıq. Mən Laçın istiqamətində idim. Düşünməzdik ki, Qanlı Yanvar baş verəcək və xeyli sayda insan amansızlıqla qətlə yetiriləcək. 20 Yanvar hadisələri baş verən anda mən Laçında idim. Sovet qoşunlarının Bakıya girdiyini kiçik televizordan gördüm. Bunlar nizami ordu da deyildi, sanki "cəza dəstələrinə" bənzəyirdi. Təcili olaraq Bakıya qayıtdım. Paytaxtda baş verənlərdən sonra geriyə qalanları lentə alırdıq. Qeyd etmək lazımdır ki, bir il müddətində komendant saatı elan olunmuşdu və həmin zaman kəsiyində müxtəlif bölgələrdə əhalimizə qarşı qırğınlar törədilirdi.
- Yəqin ki, sovet rəhbərliyi bu hadisələrin lentə alınmasının qarşısını almaq üçün çəkiliş qruplarına maneələr törədib. Hansı çətinliklərlə qarşılaşdınız? - Çalışırdılar ki, hadisələr qeydə alınmasın. Bundan başqa, xarici ölkələrdən nümayəndələr gəlirdilər. Bu, asanlıqla baş vermirdi. Rəsmilər və jurnalistlər kinostudiyada məskunlaşmışdılar. Onlara maksimum dərəcədə kömək etməyə çalışırdıq. Estoniyadan, Finlandiyadan, Norveçdən jurnalistlər çəkiliş aparırdılar. Həmçinin Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Kameraların olduğu otaqlar möhürlənmişdi. O zaman Seyidağa Mövsüm, Zeynəb Xanlarova çəkiliş aparatını götürüb sıralarımıza qoşulmuşdular. Hadisələri isə ilk dəfə dünyaya çatdıran "Azadlıq" radiosu oldu. Qərargahımıza Rusiyadan nümayəndələr gəlirdilər ki, guya belə hadisələr olmayıb. Mətbuat orqanlarında hadisələri ört-basdır etməyə çalışırdılar. - Hadisəni geniş auditoriyaya çatdırmaq üçün hansı addımları atırdınız? - Həmin il fevralda Ali Sovetin iclası keçiriləcəkdi. Dörd gün ərzində çəkdiyimiz görüntülərdən qısa sənədli film hazırladıq. Ramiz Fətəliyevin rəhbərliyi ilə bir qrup şəxs Moskvaya yollandıq. Həmin vaxt Elmira Qafarova səy göstərsə də, Kreml filmin yayımlanmasına mane oldu. Ancaq biz qaldığımız hoteldə kiçik televizorda filmi nümayiş etdirdik. Xeyli insanı məlumatlandırdıq. Qeyd etməliyəm ki, Sovet qoşunları Azərbaycan xalqının qətiyyətini sındıra bilmədi. Buna sübut olaraq şəhidlərin yola salınma mərasimini göstərmək olar. Milyonlarla insan xalqımızın sınmaz iradəsini dünyaya nümayiş etdirdi.
- 20 Yanvar hadisəsi ilə bağlı iki müxtəlif fikir var. Bir qrup insan Qanlı Yanvarı qürur yerimiz, digər insanlar isə faciə adlandırır. Siz bu məsələ ilə bağlı nə düşünürsünüz? - Silahsız insanlara qarşı törədilən bu hadisə sovet qoşunlarının faciəsi idi. Şəhidlərimiz isə bizim qəhrəmanlıq simvolumuzdur. Onlar azadlıq ruhunda çırpınan insanlar idilər. Azadlığı əldə etmək bizim üçün asan olmayıb. Ümumilikdə SSRİ rəhbərliyi bizi unutqanlıqla böyütmək istəyib. Saxta tarixi öyrətməyə çalışıblar. Lakin müstəqillik qazandıqdan sonra əsl tariximizi öyrənməyə başladıq. 20 Yanvar hadisələrinin kadrlarına baxan vətənpərvər insanlar 44 günlük müharibədə zəfər qazandılar. Mənə ciddi təsir edən məqam isə əliyalın insanların gülləbaran edilməsidir. 15 respublika içində yalnız Azərbaycana qarşı bu vəhşilik törədildi. Lakin 20 Yanvar hadisələri SSRİ-nin onurğa sütununu qırdı. 44 günlük zəfərimizə gedən yol həmin meydandan başlayıb. - Müsahibəyə görə çox sağ olun. - Mən təşəkkür edirəm. Məlik Məlikov Video: Əqdəm Qasımov

Mənbə
oxu.az