Cəmiyyət

Ceyhun Bayramov və Teymur Musayev 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

20 Jan 2026, 10:03 2 baxış
Ceyhun Bayramov və Teymur Musayev 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
Xarici işlər naziri Ceyhun Bayramov, səhiyyə naziri Teymur Musayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 20 Yanvar şəhidlərinin xatirəsini anıblar. Oxu.Az-ın məlumatına görə, onlar Şəhidlər xiyabanına gəliblər.

Onlar şəhidlərimizin xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil və gül dəstələri qoyublar. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 36 il ötür. 36 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər