Siyasət
Ceyhun Bayramovdan İrana səfər etmiş Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA
"İrana səfər edən və hazırda orada olan vətəndaşlarımızla bağlı mütəmadi şəkildə həm İrandakı səfirliyimiz, həm də Təbrizdəki baş konsulluğumuz fəaliyyətdədirlər". Oxu.Az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Bakıdakı Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu müddət ərzində fəaliyyət bir saat da olsa, dayanmayıb: "Orada olan vətəndaşlarımız çətinliklə üzləşəndə müvafiq nömrələrlə əlaqə saxlaya bilərlər. Biz burada hər hansı bir ciddi problem görmürük". Aygün Mirakif
Mənbə
oxu.az
Oxşar Xəbərlər