Siyasət
Litva prezidenti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar paylaşım etdi
Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin xatirəsini yad edib. Oxu.Az-ın xəbərinə görə, Gitanas Nauseda öz "X" hesabında bununla bağlı paylaşım edib.
"Litva 1990-cı ilin yanvar ayında sovet təcavüzü zamanı şəhid olan günahsız insanların müqəddəs xatirəsini ehtiramla yad etdiyi bu gündə Azərbaycanla həmrəydir. Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Ruhları şad olsun", - deyə prezident bildirib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər