Digər
Davosda dialoq çağırışı: Dünya razılaşa biləcəkmi?
Yanvarın 19-da İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 56-cı illik toplantısı işə başlayıb. 19-23 tarixlərini əhatə edən bu ilin forumunun əsas mövzusu dialoq ruhudur.
Qlobal münaqişələrin artdığı, iqtisadi qarşıdurmaların dərinləşdiyi, süni intellektin və texnologiyanın dünya nizamını dəyişdiyi bir dövrdə Davos yenə də dünyanın siyasi və iqtisadi elitasını bir masa ətrafında toplamağa çalışır. Amma hər il eyni sual gündəmi məşğul edir: Davos həqiqətən qərar verən platformadır, yoxsa sadəcə tövsiyələr səsləndirən elit klub? Dünya İqtisadi Forumu 1971-ci ildə yaradılıb və artıq yarım əsrdən çoxdur qlobal gündəmin formalaşmasında mühüm rol oynayır. Davosda dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, transmilli şirkətlərin baş icraçı direktorları və aparıcı analitiklər bir araya gəlir.

Mənbə
oxu.az