Qalmaqallı məmur malları geri qaytardı - Video
Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı çəkilən görüntülərdə yer alan satıcı danışıb.
Axar.az Baku TV-yə istinadən xəbər verir ki, satıcı Nəbi Məmmədovun sözlərinə görə, müsadirə olunan meyvələr sonradan ona geri qaytarılıb:
“Bir səhv etmişdi, özü də başa düşdü. Gətirib qaytardı. Əgər səhvini anlamasaydı, qaytarmazdı”.
Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına, yaxud işlərin və xidmətlərin göstərilməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur.
O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim qərarı ilə tətbiq edilə bilər. Bu halda isə məhsullar inzibati xətanın bilavasitə obyekti hesab olunduğundan onların müsadirəsi yalnız məhkəmə qərarı əsasında mümkündür.
Oxşar Xəbərlər