Dünya
Trampdan Kim Çen In ilə danışıqlardan sonra maraqlı paylaşım - FOTO
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə danışıqları elan etdikdən sonra onun şəklini dərc edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" hesabında paylaşım edib. Fotoda məmurların əhatəsində olan Kim Çen Inın telefonla danışdığı kadrlar əks olunub.
"Hey, Donald, hər şey qaydasındadır... hə?", - deyə o, fotoda yazıb. Daha əvvəl isə Donald Tramp bəyan etmişdi ki, Şimali Koreya liderinin birbaşa dialoqu bərpa etmək təklifinə cavab verib. O, cavabın məzmununu açıqlamasa da, təması "çox pozitiv" adlandırmışdı. Bu fonda ABŞ Dövlət Departamenti Pxenyan ilə ilkin şərtlər olmadan danışıqlara hazır olduğunu təsdiqləyib, Pentaqon isə Trampın ABŞ və Cənubi Koreyanın birgə təlimlərinin azaldıması ilə bağlı əmrinin icrasına başlayıb.

Mənbə
oxu.az