Digər
Norveç kralı xəstəxanaya yerləşdirildi
Norveç kralı V Harald Oslodakı Milli Xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə “Sveden Herald” məlumat yayıb.
Məlumata görə, 89 yaşlı monarx son həftələrdə hemolitik anemiya ilə əlaqədar müalicə alıb. Müalicə nəticəsində orqanizmdə maye yığılması baş verdiyindən onun xəstəxanaya yerləşdirilməsi zəruri olub.
Qeyd edək ki, V Harald 1991-ci ildən Norveç taxtındadır. 2024-cü ildə səhhətində yaranan problemə görə ona kardiostimulyator yerləşdirilib.
Mənbə
axar.az