Digər
Hörmüz boğazında gəmi vuruldu: ölən var
Hörmüz boğazında gəmiyə hücum edilib.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində gəminin maşın bölməsi zədələnib, bir ekipaj üzvü həlak olub.
Digər heyət üzvlərinə isə hazırda Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir.
Hücumun kim tərəfindən həyata keçirildiyi araşdırılır.
Mənbə
axar.az