İdman
"Karvan-Yevlax" klubu sabiq baş məşqçisi ilə bağlı öhdəlikləri yerinə yetirib
"Karvan-Yevlax" futbol klubunun sabiq baş məşqçisi Azər Həşimovla bağlı təzminat məsələsi həllini tapıb. Bu barədə Oxu.Az-a klubdan məlumat verilib. Bildirilib ki, son bir neçə ay ərzində klubla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, sonda fərqli qərar üzrə razılıq əldə olunub: "Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi üzrə razılaşma əldə edilib və müqaviləyə xitam verilib. Eyni zamanda, baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunub. Klub olaraq bütün öhdəlikləri yerinə yetirmişik".
Mənbə
oxu.az