İdman

"Dinamo Kiyev"in əsas müdafiəçisi "Qarabağ"la oyundan əvvəl beyin silkələnməsi keçirdi

13 Aug 2026, 14:52 1 baxış
"Dinamo Kiyev"in əsas müdafiəçisi "Qarabağ"la oyundan əvvəl beyin silkələnməsi keçirdi
"Dinamo Kiyev" klubu "Qarabağ"la UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi ciddi itki ilə üzləşib. Oxu.Az xəbər verir ki, Polşa millisinin müdafiəçisi Tomaş Kedziora Bakıdakı qarşılaşma üçün komandanın heyətinə daxil edilməyib. 32 yaşlı futbolçu Kiyev klubunun səfərdən əvvəlki son məşqi zamanı orta dərəcəli beyin silkələnməsi keçirib. Bu səbəbdən onun "Qarabağ"la oyunda iştirakı mümkün olmayacaq. Tibbi proqnozlara əsasən, Kedzioranın məşqlərə qayıtması ən tez bir həftə sonra gözlənilir. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək. Xatırladaq ki, komandalar arasında Ukraynada keçirilən ilk oyun "Dinamo Kiyev"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər