Dünya
İspaniyada üçgünlük matəm elan edildi: Baş nazir şəffaf araşdırma zəmanəti verdi
İspaniya Kordova vilayətində baş vermiş böyük qatar qəzasından sonra üçgünlük matəm elan edib. Oxu.Az "El Mundo" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes bildirib. P.Sançes qatar qəzası gününü bütün İspaniya üçün kədər günü adlandırıb. O, həlak olanların ailələrinə başsağlığı verib və cəmiyyət tərəfindən tam dəstək veriləcəyini bildirib. Baş nazir qəzanın səbəblərinin araşdırılması zamanı tam şəffaflığa da zəmanət verib. Son məlumatlara görə, qəza nəticəsində 39 nəfər ölüb, 152 nəfər yaralanıb. Xatırladaq ki, yanvarın 18-də Adamuz şəhəri yaxınlığında iki sürət qatarı toqquşub. Qəza yerli vaxtla təxminən saat 19:40-da (Bakı vaxtı ilə saat 22:40 - red.) qeydə alınıb. 317 sərnişinlə Malaqadan Madridə gedən qatar relsdən çıxaraq digər yola keçib, həmin istiqamətdə hərəkət edən və təxminən 100 sərnişin ilə Madriddən Uelvaya doğru hərəkətdə olan qatarla toqquşub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər