Dünya
Danimarka nümayəndələri Davos Forumuna qatılmayacaqlar - SƏBƏB
Danimarkanın hökumət rəsmiləri Qrenlandiya ətrafında gərginləşən vəziyyət səbəbindən Davosda keçirilən Dünya İqtisadi Forumuna (WEF) qatılmayıblar. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. "Danimarka nümayəndələri foruma dəvət olunub. Orada iştirakla bağlı hər hansı qərar müvafiq hökumət tərəfindən qəbul edilir. Danimarka hökumətinin nümayəndələrinin Davos Forumunda təmsil olunmayacağını təsdiqləyə bilərik" - deyə, Dünya İqtisadi Forumunun təşkilatçıları bildiriblər. Qeyd edək ki, İsveçrə şəhərində yanvarın 19-23-də forumun illik toplantısı keçirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər