İdman
Xabi Alonso karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər
"Tottenhem" klubu Xabi Alonsonu baş məşqçi vəzifəsinə namizədlər siyahısına daxil edib. Oxu.Az İngiltərə mediasına istinadən xəbər verir ki, "Tottenhem"in son zamanlar uğursuz nəticələrindən sonra Tomas Frankın istefaya göndəriləcəyi gözlənilir. Qeyd edək ki, Xabi Alonso, eyni zamanda, Almaniyanın "Ayntraxt Frankfurt" komandasının diqqət mərkəzinə düşüb. Xatırladaq ki, yanvarın 12-də "Real Madrid" baş məşqçisi Xabi Alonsonu istefaya göndərib.
Mənbə
oxu.az