Digər

Rusiya köhnə təyyarələri yenidən xidmətə qaytarır

19 Jan 2026, 17:37 2 baxış
Rusiya köhnə təyyarələri yenidən xidmətə qaytarır

Rusiya aviaşirkətləri Ukrayna ilə müharibədən əvvəl konservasiya edilmiş köhnə yerli və xarici təyyarələri xidmətə qaytarır.


Axar.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.


Məlumata görə, 2022-ci ildən Rusiya 9 ədəd Tu-204-214, 1 ədəd An-148 və 2 ədəd İl-96 da daxil olmaqla, müxtəlif tipli 12 yerli istehsal təyyarəsinin bərpası prosesinə başlayıb:


“Bu təyyarələrin yaşı təxminən 30 ildir. 12 təyyarədən 10-u (sərnişin və yük) artıq istismara qaytarılıb. Qalan 2 ədəd Tu-204 təyyarəsi də 2027-ci ilə qədər təhvil veriləcək. Bundan əlavə, 2026-2027-ci illərdə “Boinq 747” təyyarəsinin qaytarılması planlaşdırılır. Onların yenidən qurulması dost ölkələrdə, məsələn, lazımi texniki bazanın olduğu İranda baş verə bilər”.


Qeyd olunub ki, təyyarə parkı sanksiyalar səbəbindən avadanlıq çatışmazlığı səbəbindən yenilənir.

Mənbə axar.az

Oxşar Xəbərlər