Cəmiyyət
"Qarabağ"ın matçı ilə bağlı metroda hansı işlər görüləcək?
Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Ayntraxt" oyunu ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimi tətbiq edəcək. Bu barədə Bakı Metropoliteninin Hərəkət Xidmətinin rəisi Anar Zamanov jurnalistlərə açıqlamasında bildirib.
Baku TV-nin məlumatına görə, metronun arenaya yaxın "Gənclik" stansiyasında, həmçinin "28 May" və "Nəriman Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək. "Azarkeşlərin çoxluğu və oyunun gec saatlara qədər davam edəcəyi nəzərə alınaraq, Metropolitenin iş fəaliyyəti yanvarın 21-dən 22-nə keçən gecə saat 01:00-dək uzadılacaq. Oyun bitdikdən sonra sərnişinlərin rahat, təhlükəsiz və sürətli daşınmasının təmin edilməsi məqsədilə xüsusi növbətçiliklər təşkil olunacaq. Həmçinin xəttə ehtiyat qatarlar buraxılacaq", - deyə A.Zamanov sözlərinə əlavə edib.

Mənbə
oxu.az