İdman

"Traktor" "İstiqlal"la oyundan 1 xal qazandı

19 Jan 2026, 16:21 1 baxış
"Traktor" "İstiqlal"la oyundan 1 xal qazandı

Futbol üzrə İran Premyer Liqasının 16-cı həftəsi çərçivəsində Təbrizin "Traktor" komandası Tehranın "İstiqlal" komandası ilə qarşılaşıb.


Axar.az xəbər verir ki, yanvarın 18-də Yəzd şəhərinin "Şəhid Nəsiri" stdionunda keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.


Bununla da 1 xal qazanan Təbriz təmsilçisi xallarının sayını 26-ə çatdıraraq reytinq cədvəlinin 4-cü pilləsində yerini qoruyub saxlaya bilib.

Mənbə axar.az

Oxşar Xəbərlər