Digər

Kabilin mərkəzində güclü partlayış: ölənlər var - Video

19 Jan 2026, 16:55 2 baxış
Kabilin mərkəzində güclü partlayış: ölənlər var - Video

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib, bir neçə nəfər həlak olub.


Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.


Məlumata görə, partlayış şəhərin mərkəzi sayılan Şəhr-ə-Nau rayonunda baş verib.


Bir neçə nəfərin yaralandığı və öldüyü bildirilir.


Qeyd edək ki, Şəhr-ə-Nau rayonunda çoxlu sayda xarici vətəndaş yaşayır və Kabilin ən təhlükəsiz bölgələrindən biri hesab olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər