İdman

Kanadalı tennisçi Avstraliya Açıq Çempionatında əlil arabasında kortdan çıxarılıb

19 Jan 2026, 15:52 1 baxış
Kanadalı tennisçi Avstraliya Açıq Çempionatında əlil arabasında kortdan çıxarılıb
Kanadalı tennisçi Marina Stakusiç Avstraliya Açıq Çempionatında yerli idmançı Prissilla Hona qarşı ilk raund oyununu başa vura bilməyib. Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, həlledici üçüncü setdə hesab 5:3 olarkən Stakusiçdə şiddətli qıcolmalar yaranıb. O, kortdan çıxa bilməyib və əlil arabasında tribunaların altındakı tibbi bölməyə aparılıb. Hon Stakusiçi müşayiət edib və raketkasını daşıyıb. Avstraliyalı ikinci raunda yüksəlib və bu raundda ABŞ-dən İva Yoviçlə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər