Dünya
Çində doğum bütün müşahidələr tarixi ərzində ən aşağı səviyyəyə düşdü
2025-ci ildə Çində doğum nisbəti 1949-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. Çin hakimiyyəti tərəfindən görülən tədbirlərə baxmayaraq, ölkədə demoqrafik vəziyyət kəskinləşir. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat verib. Milli Statistika Bürosunun məlumatına görə, hər 1000 nəfərə düşən doğum sayı 5.6-ya enib ki, bu da ən azı Çin Xalq Respublikasının qurulmasından bəri ən aşağı göstəricidir. Yenidoğulmuşların sayı son ildə əvvəlki illə müqayisədə 2020-ci ildən bəri ən çox sayda - 1.6 milyon azalıb və 7.9 milyon təşkil edib. Agentliyin qənaətinə görə, Çin sədri Si Cinpinin doğum nisbətinin artırılması ilə bağlı kampaniyası uğursuzluğa düçar olub. Keçmiş lider Mao Tszedunun rəhbərliyi altında 1960-cı illərdə baş verən "Böyük aclıq"dan bəri əhalinin azalması ən kəskin göstərici təşkil edib. Çinlilərin sayı 3.4 milyon nəfər azalıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər