İdman

"Qarabağ"ın bir neçə matçını idarə etmiş isveçrəli hakimin Azərbaycan təcrübəsi

19 Jan 2026, 14:28 1 baxış
"Qarabağ"ın bir neçə matçını idarə etmiş isveçrəli hakimin Azərbaycan təcrübəsi
"Qarabağ" - "Ayntraxt Frankfurt" oyununa təyinat alan isveçrəli hakim Sandro Şerer daha əvvəl AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan - Xorvatiya və UEFA Avropa Liqasında "Vorskla" - "Qarabağ", "Linfild" - "Qarabağ" və "Sivasspor" - "Qarabağ" oyunlarını da idarə edib. Oxu.Az xəbər verir ki, FIFA referisi 2019-cu ildə AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Xorvatiya ilə bərabərə qaldığı (1:1) görüşün baş hakimi olub. S.Şerer həmçinin UEFA Avropa Liqasının qrup matçında 2018-ci ildə "Qarabağ"ın səfərdə Ukraynanın "Vorskla" klubuna 1:0 hesabı ilə qalib gəldiyi, UEFA Avropa Liqasının qrup matçında 2020-ci ildə "Qarabağ"ın səfərdə Türkiyənin "Sivasspor" klubuna 0:2 hesabı ilə məğlub olduğu, UEFA Avropa Liqasının "Qarabağ"ın pley-off mərhələsinin ilk oyunları çərçivəsində Şimali İrlandiyanın "Linfild" klubuna 2:3 hesabı ilə məğlub olduğu oyunlarda əsas söz sahibi olub. Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər