İdman

Mahir Emrelinin məşqlərə qayıtması təxirə salındı

19 Jan 2026, 14:56 1 baxış
Mahir Emrelinin məşqlərə qayıtması təxirə salındı
Bu həftə zədədən qayıdacağı gözlənilən Mahir Emrelinin "Kayzerslautern"də kollektiv məşqlərə qayıtması təxirə salınıb. Oxu.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, millimizin hücumçusu fevral ayına qədər meydana çıxmayacaq. Qeyd edək ki, futbolçu oktyabr ayından bəri zədə səbəbindən məşqlərdən uzaq qalıb və yanvarın əvvəlində fərdi məşqlərə qayıdıb. Xatırladaq ki, M.Emreli "Kayzerslautern"ə ötən ilin yay transfer pəncərəsində "Nürnberq"dən keçid edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər