İdman

“Qarabağ” – “Ayntraxt” matçı bu hakimlərə tapşırıldı

19 Jan 2026, 13:32 1 baxış
“Qarabağ” – “Ayntraxt” matçı bu hakimlərə tapşırıldı

“Qarabağ”ın Bakıda Almaniyanın “Ayntraxt Frankfurt”la keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur oyununa hakim təyinatları açıqlanıb.


Axar.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç İsveçrədən olan hakimlər briqadasına həvalə olunub.


Görüşün baş hakimi Andre Şerer olacaq.


FİFA referisinə Stefan de Almeyda ilə Yonas Erni kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yohannes fon Mandah yerinə yetirəcək.


VAR-da Fedayi San, AVAR-da isə Lukas Fendrix olacaq.


Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt Frankfurt" oyunu yanvarın 21-də, saat 21:45-də baş tutacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər