Siyasət

Serbiya prezidenti Azərbaycana gəlir - Tarix AÇIQLANDI

19 Jan 2026, 12:50 1 baxış
Serbiya prezidenti Azərbaycana gəlir - Tarix AÇIQLANDI
"Serbiya Prezident 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək". Oxu.Az xəbər verir ki, bu barədə "Report"a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib. O qeyd edib ki, səfərin dəqiq tarixi 17 maydır və bu, WUF13 çərçivəsində baş tutacaq. Səfirin sözlərinə görə, Serbiya prezidenti artıq tədbirdə iştirakını təsdiqləyib: "Nümayəndə heyətinin tərkibi hələ mənə məlum deyil, amma o, iştirakını təsdiqləyib". Qeyd edək ki, WUF13 konfransı 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Tədbir çərçivəsində ilk dəfə olaraq Liderlər Sammiti təşkil olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər