Digər
Özbəklər ABŞ-a vizasız gedə bilər - Səfir
Özbəkistan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı ABŞ-la danışıqlar artıq başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistanın Vaşinqtondakı səfiri Furkat Siddikov deyib.
“Viza rejiminin formatı ABŞ-ın daxili siyasətindən asılıdır, lakin tərəflər müntəzəm məsləhətləşmələr aparırlar, o cümlədən təkcə ABŞ-a deyil, həm də Braziliya, Kanada və digər ölkələrə vizasız səyahət perspektivləri ilə bağlı. Özbəkistan-Amerika münasibətləri tarixi zirvədədir”, - o bildirib.
Mənbə
axar.az