Digər
Balaəli: Yaponiya, Koreya, Çin hamısı Kitaydı - Video
Meyxanaçı Balaəli "Zarafat bir yana" verilişindəki açıqlaması ilə müzakirələrə səbəb olub.
Kult.az Axşam.az-a istinadla xəbər verir ki, meyxanaçı geyim brendi yaratmaq istədiyini deyib. O bildirib ki, bunun üçün Çinə getməyi planlaşdırır. Balaəli Çinin başqa, "Kitay"ın başqa ölkə olduğunu deyərək, gündəmə gəlib:
"Kitayda fabrikə gedəcəyəm, orada istehsal ediləcək. Çin ayrıdı, Kitay ayrı. Yaponiya, Koreya, Çin - hamısı Kitaydı. Xəritəyə baxın".
Daha sonra brendləri müqayisə edən meyxanaçı "Gucci" aşağısəviyyəli brenddir, hamı onu ala bilər" sözləri ilə studiyadakıları güldürüb.
Mənbə
axar.az