Dünya

Gözlər Davosda: Bu gün başlayan qlobal forumda mühüm müzakirələr aparılacaq

19 Jan 2026, 11:32 1 baxış
Gözlər Davosda: Bu gün başlayan qlobal forumda mühüm müzakirələr aparılacaq
Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) illik toplantısı başlayacaq. Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. Nüfuzlu tədbir yanvarın 23-nə qədər davam edəcək. Xəbərə görə, siyasi və biznes elitasının nümayəndələri beynəlxalq təhlükəsizlik və iqtisadi, eləcə də süni intellektlə bağlı məsələləri müzakirə edəcəklər. Tədbirin mövzusu "Dialoqun Ruhu"dur. Foruma 60-dan çox dövlət və hökumət başçısı, 55 iqtisadiyyat və maliyyə naziri və 800-dən çox top menecer dəvətlidir. Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla, G7 liderləri də Davosda iştirak edəcəklər. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, BMT-nin Baş katibi Antonio Quterreş və Ümumdünya Ticarət Təşkilatının prezidenti Nqozi Okonco-İveala da foruma qatılacaqlar. ABŞ nümayəndə heyətinə Prezident Donald Tramp rəhbərlik edəcək. Qeyd edək ki, tədbir hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilir. Son illərdə baş tutan forumlar qlobal iqtisadi risklər, süni intellekt, sosial qütbləşmə, iqlim dəyişikliyi kimi mövzulara fokuslanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər