Digər

NATO ABŞ-a qarşı döyüşməyəcək - Vilye

19 Jan 2026, 08:30 2 baxış
NATO ABŞ-a qarşı döyüşməyəcək - Vilye

NATO ölkələri ABŞ-ın Qrenlandiyanı ələ keçirmək üçün mümkün hərbi əməliyyatı zamanı təşkilatın nizamnaməsinin 5-ci maddəsinə istinad etməyəcək.


Axar.az xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Pyer de Vilye deyib.


"NATO-nun 5-ci maddəsi sayəsində indiyə qədər mövcud olan təhlükəsizlik çətiri Prezident Trampın bəyanatlarının təsiri altında çatlayır. Ancaq açıq deyək: biz 5-ci maddəni NATO-nun mərkəzi sütunu olan ABŞ-a qarşı tətbiq etməyəcəyik. Onlar NATO-nun 50%-dən çoxunu maliyyələşdirir.


Və biz onlara hücum etmək məcburiyyətində qalacağıq? Bu vəziyyət olmayacaq. NATO-ya üzv olan digər ölkələr tərəfindən ABŞ-a qarşı heç bir müharibə olmayacaq",- o bildirib.


Generalın fikrincə, beynəlxalq təşkilatlar tərəfindən tənzimlənən əvvəlki dünya nizamı öz yerini güc qanununa verib.

Mənbə axar.az

Oxşar Xəbərlər