Digər

Trampın bu hərəkəti Putini xoşbəxt edəcək - Sançes

19 Jan 2026, 07:00 2 baxış
Trampın bu hərəkəti Putini xoşbəxt edəcək - Sançes

ABŞ-ın Qrenlandiyaya hücumu Rusiya lideri Vladimir Putini yer üzündəki ən xoşbəxt insan edəcək.


Axar.az xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes deyib.


Sançesin fikrincə, ABŞ-ın adaya qarşı hər hansı hərbi əməliyyatı NATO-ya ziyan vuracaq və Rusiyanın Ukraynaya müdaxiləsini qanuniləşdirəcək:


"Qrenlandiyaya diqqət yetirsək, deməliyəm ki, ABŞ-ın bu əraziyə mümkün təcavüzü Vladimir Putini dünyanın ən xoşbəxt adamı edəcək. Çünki bu, onun Ukraynanı işğal etmək cəhdini qanuniləşdirərdi. ABŞ güc tətbiq etsə, bu, NATO üçün ölüm hökmü olacaq. Putin ikiqat məmnun qalacaq ".

Mənbə axar.az

Oxşar Xəbərlər