Dünya

Tarixin ən bahalı "Chevrolet Camaro" modeli iki milyon dollara satıldı

19 Jan 2026, 05:31 1 baxış
Tarixin ən bahalı "Chevrolet Camaro" modeli iki milyon dollara satıldı
"Mecum" hərracına çıxarılan "Chevrolet Camaro" modelləri üçün tarixi qiymət rekordu qeydə alınıb. Oxu.Az bu barədə "Autoevolution" nəşrinə istinadən xəbər verir. İndi tarixdə ən bahalı "Camaro" artıq 1 milyon 815 min dollar dəyərindədir. Bu məbləğ anonim alıcı tərəfindən 1969-cu ilin modeli üçün hazırlanmış ilk prototip statusuna malik 57 illik kupeyə ödənilib. Avtomobil "high-performance" maşınlar xəttinin yaradıcısı Don Yenko tərəfindən hazırlanıb. Bu maşının əsas fərqi, o dövrdə "Chevrolet" tərəfindən "Camaro" modellərində rəsmi olaraq tətbiq edilməyən mühərriklə təchiz olunmasıdır. Bu "Camaro" adi "Camaro"larla müqayisədə nəhəng sayılan 7,0 litrlik V8 (427 kub düym) mühərriklə təchiz edilib. Tərtibatçıların hesablamalarına görə, bu mühərrik 450 at gücü hasil edirdi. 1969-cu ildə Don Yenkonun spesifikasiyaları üzrə cəmi 201 kupe yığılıb. Rekord qiymətə satılan nüsxənin dəyərini artıran digər amillər də var: orijinal aqreqatlar, kompleks restavrasiya hesabına zavod vəziyyətinə yaxın qorunma və kuzovun dizaynı.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər