Dünya

Rusiyada inanılmaz hadisə: Tikinti kranından yıxılan qadın sağ qaldı

19 Jan 2026, 06:02 1 baxış
Rusiyada inanılmaz hadisə: Tikinti kranından yıxılan qadın sağ qaldı
Tatarıstanda (Rusiya) qadın qülləli kranın kabinəsindən yıxılıb. Oxu.Az xəbər verir ki, bu barədə respublika prokurorluğunun mətbuat xidməti "Telegram"da məlumat yayıb.
Qəza Buqulmada mexaniki zavodun ərazisində baş verib. Zavodda həmin vaxt iş saatı olub. Qadın həddindən artıq yüksəklikdən yıxılsa da, o, xəsarətlər alaraq sağ qalıb. Şəhər prokuroru hadisə yerinə baş çəkərək insidenti şəxsi nəzarətinə götürüb. Hazırda qəzanın detalları araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər