Dünya

İngiltərə Bankında UNO xəbərdarlığı

19 Jan 2026, 01:12 1 baxış
İngiltərə Bankında UNO xəbərdarlığı
İngiltərə Bankının keçmiş əməkdaşı Helen MakKou yadplanetlilərin mövcudluğu rəsmi olaraq təsdiqlənərsə, yarana biləcək potensial maliyyə böhranına əvvəlcədən hazırlaşmağa çağırıb. Oxu.Az "The Times"a istinadən xəbər verir ki, MakKou İngiltərə Bankının rəhbəri Endryu Beylinə ABŞ hökumətinin yerdən kənar həyatın mövcudluğunu elan etməsi ehtimalı ilə bağlı strategiya hazırlamağı tövsiyə edən məktub göndərib. Keçmiş bankir qeyd edib ki, belə bir açıqlama maliyyə bazarlarında geniş yayılmış panikaya, əmanətlərin kütləvi şəkildə geri götürülməsinə səbəb ola və bank sisteminin sabitliyini təhdid edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər