Dünya
Aİ ABŞ-yə 107 milyard dollarlıq cavab rüsumları tətbiq edə bilər
Avropa İttifaqı (Aİ) ölkələri ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı dəstəkləyən ölkələri tariflərlə hədələməsi fonunda ABŞ mallarına 107 milyard dollarlıq tarif tətbiq etməyi və ya ABŞ şirkətlərinə bir sıra məhdudiyyətlər qoymağı nəzərdən keçirir. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Məlumata görə, Aİ gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Avropa liderləri və Trampın görüşündə üstünlüyü təmin etmək üçün cavab tədbirləri planlaşdırır. Qeyd olunur ki, potensial tariflərin siyahısı 2025-ci ildə hazırlanıb, lakin ticarət müharibəsinin başlamaması üçün onun nəzərdən keçirilməsi bu ilin fevral ayına qədər təxirə salınıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər