Dünya

Almaniya kansleri: "ABŞ-nin təhdidləri transatlantik münasibətləri sarsıdır"

19 Jan 2026, 01:24 1 baxış
Almaniya kansleri: "ABŞ-nin təhdidləri transatlantik münasibətləri sarsıdır"
"ABŞ Prezidenti Donald Trampın Almaniya da daxil olmaqla bir neçə ölkəyə yeni tariflər tətbiq etmək təhdidləri eskalasiya riski daşıyır və transatlantik münasibətləri sarsıdır". Oxu.Az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts bunu "X"dəki paylaşımında yazıb. "Biz Danimarkanı və Qrenlandiya xalqını qətiyyətlə və birlik içində dəstəkləyirik. NATO üzvü olaraq, Arktikada təhlükəsizliyin gücləndirilməsinə sadiqik", - deyə hökumət başçısı qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər