Digər

Ratifikasiya dayandırıldı, dünən gecə Tramp çox şey itirdi - Veber

19 Jan 2026, 01:46 2 baxış
Ratifikasiya dayandırıldı, dünən gecə Tramp çox şey itirdi - Veber

Avropa Parlamenti (AP) ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda AB-ABŞ ticarət sazişinin planlaşdırılan ratifikasiyasını dayandırır.


Axar.az xəbər verir ki, bu barədə AP-nin aparıcı fraksiyası olan Avropa Xalq Partiyasının (EPP) rəhbəri Manfred Veber bunu ZDF-ə verdiyi müsahibədə açıqlayıb.


"Dünən gecə qəbul etdiyimiz ilk qərar, ötən yay imzalanmış Avropa və ABŞ arasında bu sazişin ratifikasiyasının dayandırılmasıdır. Bu o deməkdir ki, Donald Tramp Amerika məhsulları üçün AB-nin daxili bazarına rüsumsuz giriş imkanı verməyəcək", - Veber deyib.


O, ratifikasiyanın dayandırılmasını Vaşinqtona ilkin siqnal olduğunu bildirib:


"Tramp dünən gecə çox şey itirdi”.

Mənbə axar.az

Oxşar Xəbərlər