Digər

İsrail ABŞ-dan üç ədəd F-35 qırıcı aldı

19 Jan 2026, 00:51 2 baxış
İsrail ABŞ-dan üç ədəd F-35 qırıcı aldı

İsrail Hərbi Hava Qüvvələri Amerika şirkəti “Lockheed Martin” tərəfindən istehsal olunmuş üç yeni beşinci nəsil F-35 qırıcı təyyarəsi alıb.


Axar.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.


Üç təyyarə 18 yanvarda ölkənin cənubundakı Nevatim aviabazasına eniş edib.


Bildirilib ki, təyyarələr HHQ-nin 116-cı və 140-cı eskadrilyalarının sıralarına əlavə olunacaq.


Qeyd edək ki, İsrail 2010-cu ildə ABŞ-dan F-35 almaq qərarına gəlib.

Mənbə axar.az

Oxşar Xəbərlər