İdman

"İnter Mayami" Libertadores Kubokunda iştirak edə bilər

18 Jan 2026, 23:36 1 baxış
"İnter Mayami" Libertadores Kubokunda iştirak edə bilər
"İnter Mayami" klubunun sahibi Xorxe Mas komandanın Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən materik ölkələrinin ən yaxşı klubları arasında keçirilən Libertadores Kubokunda iştirak etməyi planlaşdırdığını açıqlayıb. Oxu.Az bu barədə "TyC Sports"a istinadən xəbər verir. "Mən CONMEBOL və təşkilatın prezidenti Alexandro Domingez ilə Libertadores Kubokunda iştirak etmək ehtimalı ilə bağlı danışıqlar aparmışam. Presedent var. Meksika klubları artıq turnirdə oynayıblar. Mən Libertadores Kubokunda oynamaq istərdim. Bunu açıq şəkildə demişəm və deməyə davam edəcəyəm. Bu barədə MLS-də danışmışam. İnanıram ki, MLS çempionları bu yerə layiqdirlər. Bu, Şimali Amerika və Meksika klublarının iştirakı ilə Amerikada milli miqyasda futbolu inkişaf etdirməyə davam etmək üçün yaxşı bir yoldur və rəqabət daha yaxşı olacaq", - Xorxe Mas bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər