Digər

Avropa ABŞ-a təslim olacaq - Kirill Dmitriyev

18 Jan 2026, 23:34 2 baxış
Avropa ABŞ-a təslim olacaq - Kirill Dmitriyev

Avropa təzyiqə təslim olacaq və Qrenlandiya ABŞ-ın nəzarətinə keçəcək.


Axar.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev X səhifəsində yazıb.


"Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək, transatlantik birlik bəlkə də müəyyən dərəcədə bərpa olunacaq", - deyə o bildirib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsinə görə NATO-nun səkkiz ölkəsinə (Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveç) qarşı 1 fevraldan yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər