Digər
Pakistanda ticarət mərkəzi yanır: ölənlər var
Pakistanın ən böyük cənub şəhəri olan Karaçidə çoxmərtəbəli ticarət mərkəzində şənbə günü böyük yanğın baş verib, nəticədə ən azı üç nəfər ölüb, təxminən on iki nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Yanğın barədə məlumat daxil olduqdan sonra yanğınsöndürənlər və xilasetmə işçiləri yerli vaxtla təxminən saat 22:00-da “Gul Plaza” ticarət mərkəzinə gəliblər və yanğınla mübarizə aparırlar.
Yanğının səbəbi hələ də məlum deyil.
Mənbə
axar.az