Digər

Çində zavodda güclü partlayış baş verdi: ölənlər var

18 Jan 2026, 19:29 2 baxış
Çində zavodda güclü partlayış baş verdi: ölənlər var

Çinin Baotou şəhərində (Daxili Monqolustan Muxtar Vilayəti) metal lövhələr istehsal olunan zavodda baş verən partlayış zamanı iki nəfər ölüb, 5 nəfər isə itkin düşüb.


Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.


Daha 66 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.


Sənaye qəzasının səbəbi araşdırılır.


Qeyd edək ki, hadisənin baş verdiyi zavod dünyanın ən böyük polad istehsalçılarından biri olan “Baotou Steel Company”yə məxsusdur.

Mənbə axar.az

Oxşar Xəbərlər