Digər

Zimbabvedə daşqınlar 74 nəfərin həyatına son qoydu

18 Jan 2026, 19:46 2 baxış
Zimbabvedə daşqınlar 74 nəfərin həyatına son qoydu

Zimbabvedə ötən ilin oktyabr ayında yağış mövsümünün başlanğıcından bəri ölkəni bürüyən daşqınlar nəticəsində ən azı 74 nəfər ölüb.


Axar.az xəbər verir ki, bu barədə "The Herald" məlumat yayıb.


Ölkədə ardıcıl dördüncü aydır ki, güclü küləklər, torpaq sürüşmələri və ildırımlarla müşayiət olunan güclü yağışlar müşahidə olunur. Ən çətin vəziyyət Manikaland, Qərbi Maşonaland və Midlends əyalətlərində yaranıb.


Hazırkı yağış mövsümü Cənubi Afrikanın müxtəlif ölkələrində bol yağıntı ilə müşahidə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər