Digər

Tiflis “Tramp yolu”na görə hərəkətə keçdi: Bu il bitirir!

18 Jan 2026, 19:55 2 baxış
Tiflis “Tramp yolu”na görə hərəkətə keçdi: Bu il bitirir!

Gürcüstan hökuməti Orta Dəhliz layihəsinin bir hissəsi olaraq, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən yolların tikintisini 2026-cı ilə qədər tam başa çatdırmaq niyyətindədir.


Axar.az xəbər verir ki, bu barədə “Gürcüstan Onlayn” (Georgia Online) məlumat yayıb.


Bildirilib ki, hökumətin 2026-cı il büdcəsində göstərilən planlarına əsasən, Ermənistan və Azərbaycan sərhədlərinə aparan Rustavi-Qırmızı Körpü və Algeti-Sadaxlı hissələrinin tam başa çatdırılması və Türkiyə ilə sərhədə aparan Batumi-Sarpi yolunun inşası planlaşdırılır.


Qeyd edək ki, Zəngəzur dəhlizinin (“Tramp yolu”) tikintisinə də bu il başlanacağı gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər